"Barselona" Qavinin əvəzləyicisini tapdı

Hazırda oxunan: "Barselona" Qavinin əvəzləyicisini tapdı

165330

"Barselona" zədəli yarımmüdafiəçisi Qaviyə əvəzləyici tapıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.  

Klub "Tottenhem"in yarımmüdafiəçisi Covani Lo Kelsonu transfer etmək niyyətindədir.  

Kataloniya təmsilçisi argentinalını qış transfer pəncərəsinin əvvəlində icarəyə götürmək istəyir.

"Barselona" tam transferi də istisna etmir. Lakin bu, yalnız komandanın maddi durumu futbolçunun alınmasına imkan verərsə, reallaşacaq. 
Bu mövsüm Lo Kelso 4 oyun keçirib və məhsuldar olmayıb. Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. "Transfermarkt" internet portalına görə onun təxmini dəyəri 14 milyon avrodur. 

Xatırladaq ki, Qavi zədə səbəbindən 6-8 ay yaşıl meydanlardan kənarda qalacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO