“Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununa çıxacaq

“Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununa çıxacaq

Hazırda oxunan: “Azərreyl” bu gün Çelenc Kubokunda cavab oyununa çıxacaq
164424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda bu gün növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Cengiz Akarçeşm'nin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO