Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO 

Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO 

Hazırda oxunan: Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO 
164121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  II turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, birinci turda Danimarkaya uduzan kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə Slovakiya ilə üz-üzə gəlib. 

Millimiz 2,5-1,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Rauf Məmmədov Viktor Qaziki məğlub edib, Teymur Rəcəbov, Nicat Abasov və Vasif Durarbəyli isə heç-heçə oynayıb. 

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə itkisiz irəliləyir. Startda Sloveniyanı məğlub edən milli hesabat turunda Niderland şahmatçılarını üstələyib 2,5-1,5. Şahmatçılardan Günay Məmmədzadə heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Gülnar Məmmədova qələbə qazanıb. Gövhər Beydullayeva isə məğlub olub.  
Qeyd edək ki, bu gün Avropa çempionatında III turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsveç, qadın şahmatçılar isə Polşa ilə qarşılaşacaq.

Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO  - foto 1
Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO  - foto 2
Şahmatçılarımızdan Avropa çempionatında növbəti QƏLƏBƏ - FOTO  - foto 3

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO