Çimərlik voleybolu komandamız tarixi uğur qazandı

Çimərlik voleybolu komandamız tarixi uğur qazandı

Hazırda oxunan: Çimərlik voleybolu komandamız tarixi uğur qazandı

158854

Çimərlik voleybolu üzrə ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan “Murov Az Terminal” tarixi uğura imza atıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan komandası yarışın finalına yüksəlib. Təmsilçimiz yarımfinalda Fransanın” “Monpelye” klubunu üstələyib.

Komandalar arasında iki oyundan birində rəqib, ikincidə isə “Murov Az Terminal” qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün keçirilən qızıl setdə 15:10 hesabı ilə qələbə qazanan Azərbaycan komandası Avropa Kubokunda finala yüksəlib.
Həlledici qarşılaşma oktyabrın 8-də keçiriləcək. Rəqib Türkiyənin TVF Spor Lisesi SK Ankara kollektivi olacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:15-də başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO