Üç qat dünya çempionu:

Üç qat dünya çempionu: "Qələbəmi hərbçilərimizə həsr edirəm" - VİDEO 

Hazırda oxunan: Üç qat dünya çempionu: "Qələbəmi hərbçilərimizə həsr edirəm" - VİDEO 

156551

“Azərbaycanın bütün idman ictimaiyyəti bilirdi ki, mən 3-cü dəfə dünya çempionu olmağı necə istəyirdim. Allaha həmd olsun. Müstəqillik tarixində yunan-Roma güləşində 3 qat dünya çempionumuz yox idi. Məhyəddin Allahverdiyev 1980-ci illərdə - SSRİ dövründə 3 dəfə dünya çempionu olmuşdu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli federasiyanın rəsmi saytına açıqlamasında deyib. 

55 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı bu il çox məşq etdiyini və əziyyət çəkdiyini bildirib:  

"Müəyyən zədələrim var idi. Buna baxmayaraq, 3-cü dəfə dünya çempionu ola bildim. Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm. Biz burada qalib gəldik, onlar isə orada. Əlbəttə, sinəmdəki zədə mənə çətinlik yaradırdı. Sümüyüm sınmışdı.  
Tam bərpa olunmasa da, yenə də bacardım. Rəbbim bu qələbəni mənə nəsib etdi. Dördüncü dəfə dünya çempionu olmağa çalışacağam”. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO