“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gəlir? 

“Qarabağ”ın rəqibi Bakıya nə vaxt gəlir? 

Hazırda oxunan: “Qarabağ”ın rəqibi Bakıya nə vaxt gəlir? 

155831

Avropa Liqasının qrup mərhələsinddə mübarizəyə hazırlaşan “Qarabağ” cümə axşamı ilk matçına çıxacaq. Təmsilçimizin ilk rəqibi ölkəsinin köklü klublarından olan “Molde”dir.  

Bizim.Media xəbər verir ki, Norveç təmsilçisi ölkəmizə oyundan iki gün əvvəl təşrif buyuracaq.

“Ağ-göylər”i Bakıya gətirən çarter reysli təyyarə sentyabrın 19-u axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək.  

Bu isə o deməkdir ki, qonaqlar həmin gün Bakıda məşq etməyəcək. “Molde”nin paytaxtımızdakı hazırlığı oyundan bir gün əvvəlki məşqdən ibarət olacaq.
Skandinaviyalılar şəhərimizin dəbdəbəli otellərindən sayılan “Hyatt Regency”də məskunlaşacaq. 
 
Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO