Qadın voleybolçularımız Almaniyaya UDUZDU

Qadın voleybolçularımız Almaniyaya UDUZDU

Hazırda oxunan: Qadın voleybolçularımız Almaniyaya UDUZDU

151550

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Ataman Güneyligilin başçılıq etdiyi kollektiv “C” qrupundakı ikinci matçında ev sahibi Almaniya ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0.

“C” qrupunun digər matçında İsveç seçməsi Yunanıstana 1:3 hesabı ilə uduzub.

İlk iki turdan sonra aktivində üç xalı olan Azərbaycan millisi üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO