"Real"ın futbolçusu qərarını dəyişdi

Hazırda oxunan: "Real"ın futbolçusu qərarını dəyişdi

144089
"Real"ın yarımmüdafiəçisi Lukas Silva futbolçu karyerasını davam etdirəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Sportinq"də icarə əsasında oynamaq üçün tibbi müayinədən keçən 23 yaşlı yarımmüdafiəçini təkrar müayinə zamanı ürəyində heç bir qüsur aşkarlanmayıb. Həkimlər onun futbola davam edə biləcəyini söyləyib.

"Sportinq"ə icarəsi müvəqqəti olaraq dayandırılan L.Silva bir neçə həftə dincələcək. Yaxın zamanlarda o, Madridə dönəcək və növbəti dəfə tibbi müayinədən keçəcək.

Braziliyalı oyunçu özünün "Facebook" hesabından futboldan getməyəcəyini açıqlayıb.

Qeyd edək ki, L.Silva "Sportinq"də ilk tibbi müayinə zamanı ürəyində qüsur aşkarlanmışdı. Bundan sonra o, futbolçu karyerasını başa vurduğunu bildirmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO