“Qarabağ” bu futbolçuya görə Portuqaliya klubuna təklif göndərdi

“Qarabağ” bu futbolçuya görə Portuqaliya klubuna təklif göndərdi

Hazırda oxunan: “Qarabağ” bu futbolçuya görə Portuqaliya klubuna təklif göndərdi

142658

“Qarabağ” heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.  

Bizim.Media Portuqaliyanın “A Bola” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Maritimu” klubunun hücumçusu Joel Taqueunu transfer etmək istəyir.  

Artıq çempion bununla bağlı qarşı tərəfə rəsmi təklif göndərib. Taqueu son mövsümü icarə əsasında Səudiyyə Ərəbistanının “Əl Həzm” klubunda keçirib. Burada oynadığı 6 oyunda 7 qol vurub.  
“Maritimu”nun heyətində isə 18 dəfə meydana çıxan kamerunlu futbolçu cəmi 1 fərqlənməyi bacarıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO