"Yuventus" Superliqa ideyasından geri çəkildi

Hazırda oxunan: "Yuventus" Superliqa ideyasından geri çəkildi
140134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Yuventus" Avropa Superliqası ideyasından geri çəkilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi nəzərdə tutulan turniri yaratmağa çalışan digər iki klub - "Real" və "Barselona"nı bu barədə məlumatlandırıb.  

"Yuventus"un Superliqadan çıxmaq üçün hüquqi prosedurlara başladığı bildirilir.

 Layihədən çəkilmə prosesi bir neçə həftə vaxt aparacaq. Klubun bu barədə qəti qərar verdiyi qeyd edilib. 

Xatırladaq ki, 2021-ci ilin aprelində 12 top klub Avropa Superliqasının yaradıldığını elan edib. Bunlar "Mançester Siti", "Arsenal", "Mançester Yunayted", "Liverpul", "Tottenhem", "Çelsi", "Barselona", " Real", "Atletiko", "İnter", "Milan" və "Yuventus" olub. Nəzərəd tutulan layihə birmənalı qarşılanmayıb. UEFA isə bu klublara qarşı sərt addımların atılacağını açıqlayıb.
Bundan sonra əksər klublar layihədən çəkildiklərini elan ediblər və yalnız üç iştirakçı Superliqada qalıb - "Barselona", "Real" və "Yuventus". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO