Baytar müəllimlər

Baytar müəllimlər

Hazırda oxunan: Baytar müəllimlər

132132
“Nə əkərsən, onu da biçərsən”x9d el məsəli “lapdan-şapdan”x9d yaranmayıb ki...

"Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 25 min 989 müəllimdən cəmi 28 nəfər 100% nəticə göstərib" ; “262 müəllim diaqnostik qiymətləndirmədən kəsilib”x9d ; “Təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllim var“ ; “Ən zəif nəticə göstərən müəllimlər ibtidai sinif müəllimləri olub" ; “Qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi olub”x9d ; “Ən böyük problem həmin müəllimlərlə bağlı olub”x9d ; “Hətta elə olurdu ki, elmi dərəcəsi olanlar 5-6 suala ancaq cavab yaza bilirdi”x9d ; “30 müəllim qaydaları pozduğu üçün imtahandan uzaqlaşdırılıb”x9d ; ”x9dNəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdi.“ Bu bəyanatlar artıq alışdığımız kimi təhsil ekspertlərinə deyil, məhz Təhsil Nazirliyi yetkililərinə məxsusdur. Biz də durub şagirdləri qınayırıq ki, bəs filan qədər nəfər yaza bilmir, filan qədəri oxuya bilmir və s. ”x9dSən demə”x9d bütün günahlar elə müəllimlərdə imiş ki... Nə baş verir?

90-cı illərin əvvəllərində keçid dövrü ilə əlaqədar yaranan bəzi boşluqlar, müəyyən məlum və naməlum obyektiv, subyektiv amillər təbii ki, ictimai-siyasi, sosial-iqtisadi həyatımızın bir sıra sahələrində olduğu kimi təhsilimizdə də öz izini qoymadan ötüşə bilməzdı. Bazar iqtisadiyyatına keçid, beynəlxalq təhsil sisteminə inteqrasiya, müasirləşmə və yeniləşmənin sürətli tempi ilə bir çoxlarımız ayaqlaşa bilmədik, bəzilərimiz isə müvəqqəti yaranan situasiyadan maksimum yararlanmağa çalışdıq. Məcazi mənada desək müasirləşməni “B”x9d hərfinə “baba”x9d sözü əvəzinə “banan”x9dla başlamaqda gördük (nə yaxşı ki, “ana”x9dnı “ananas”x9dla əvəz etməmişik). Bazar iqtisadiyyatını “kolxoz bazarı”x9d ilə qarışıq salanlar da oldu.

Başlayaq elə “ən böyük problem həmin müəllimlərlə bağlı olan”x9d ibtidai sinif müəllimlərindən. Küyə düşüb o zamankı Respublika və Bakı İxtisasartırma və kadrların yenidən hazırlanması institutlarında yenidən hazırlanma kurslarını elə “aktivləşdirdik”x9d ki, nəinki yüzlərlə kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və bir çox digər peşə sahibləri belə ibtidai sinif müəllimi kurslarında “yenidən hazırlanaraq”x9d ibtidai sinif müəllimlərinə “çevrildilər.”x9d Aylıq kurslar vasitəsi ilə “yenidən hazırlanmanın”x9d effektsizliyi barədə nə qədər dedik, yazdıq, pedaqogika tarixindən və nəzəriyəsindən nümunələr gətirdik, əhəmiyyət verən olmadı. Dedilər, bəs bazar iqtisadiyatı, azad rəqabət mühiti hər şeyi öz yerinə qoyacaq. Nəticəsi nə oldu? 25 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də kimya, biologiya, coğrafiya və digər fənnlər üzrə müəllim defesiti ilə baş-başa qalmışıq. İbtidai sinif müəllimlərimizin göstəriciləri də ki...

Nəzərə almadıq ki, təhsilmizin bünövrəsi sayılan ibtidai təhsil tədrisin təməlidir. Təhsilalanlara ılkin охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər Ñ…üsusiyyətlər fоrmalaşdırmağın əsası təhsilin məhz bu pilləsndə qoyulur. Təhsilimizin təməlini aylıq kursları bitirib “yenidən hazırlananlara”x9d etibar etmək nə dərəcədə ibtidai təhsilin Əsasnamə tələblərini ödəyə bilərdi və ya belə bir “gediş”x9d təhsilin, yoxsa kursların və onların təşkilatçılarının maraqlarına hesablanmışdı? Məndən asılı olsaydı heç olmasa 12 illik təhsilə keçid zamanı əlavə edilən 1 ili təhsilin ibtidai piləsinə ayırardım, ibtidai siniflər komplektləşdirilərkən şagird kontingenti sıxlığını 15-ə endirərdim, bu pillə üzrə dərs deyən müəllimlərin əmək haqqına fərqli taariflər tətbiq edərdim, bu pillənin və bu sahədə çalışan pedaqoji heyyətin nüfuzuna xələl gətirən primitiv “İbtidai təhsil”x9d terminini “ilkin təhsil”x9d termini ilə əvəz edərdim.

Yenidən hazırlama kurslarından söz düşmüşkən. Əgər məktəb psixoloqlarının bilik və bacarıqlarının obyektiv diaqnostik qiymətləndirilməsini keçirsək, daha acınacaqlı mənzərənin şahidi olarıq. Çünki, bu da eyni vəziyyətin təkrarı olub, bir çox qeyri-peşəkarlarln bu məsuliyyətli ixtisasa sahiblənməsi ilə nəticələnib. Tam əminliklə deyə bilərəm ki, əksər məktəblərimizdə psixoxoloji xidmət ışının təşkili qovluqların içərisini müəyyən iş planları və keçirilən tədbirlərin qısa annotasiyaları ilə doldurulmasından başqa bir şey deyil.

Digər bir məsələ,"Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 25 min 989 müəllimdən cəmi 28 nəfərinin 100%-lik nəticə göstərməsi" və “262 müəllimin diaqnostik qiymətləndirmədən kəsilməsi.”x9d Burda da “Nə əkərsən, onu da biçərsən”x9d prinsipi öz hikmətini təsdiq edib. Yuxarıda adı çəkilən institutlardan birini “Müəllimlər İnstitutuna”x9d çevirərək səlahiyyətlərini daha da artırmaq azmış kimi, əlavə olaraq 11 filialını da yaratdıq. (Digər instiitutun taleyi hələ ki, dəqiq məlum deyil.) 30-yaxın digər ali və orta ixtisas müəssisələrimiz də əgər belə demək olarsa müəllim hazırlığına baş qoşdu. Mövcud tələbatdan iki dəfədən artıq süni pedaqoji kadr potensialı yarandı, bunların işlə təmin olunması problemi ilə üzləşdik. Keçirilən işə qəbul müsabiqələri də hər dəfə şəffaflıq və obyektivlik baxımından müəyyən şübhələr və narazılıqlarla müşayət olundu və s.və ia.

Sadaladığımız və sadalamadığımız digər məqamları hardasa başa düşmək olarsa “Təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllim olmasını“ heç cür başa düşmək olmur. Belə bir faktın adi tərzdə, artıq alışdığımız və elə də ciddiyə almadığımız digər nöqsanlar fonunda, bir növ heç nə baş verməmiş kimi bəyan edilməsi çox maraqlı görünür. Bir vaxtlar daha çox rus dilində “mertvıy duş”x9d (ölü canlar) kimi ifadə etdiyimiz, hazırda “adları gedən və özləri olmayan”x9d kimi qələmə verib, sakitliklə üstündən keçdiyimiz bir fakta görə cinayət işi açılardı. İndi isə yüzlərlə, minlərlə saxta dipıomluların olması azmış kimi yüzlərlə, minlərlə ifadə olunan belə bir dəhşətsaçan faktı sıradan bir statistik rəqəm kimi təqdim edirik.

Son olaraq hesab edirəm ki, nə qədər ki, faktlara rəvac verənləri deyil, sadəcə faktları sadalamaqla kifayətlənəcəyik, belə halların bir daha baş verməyəcəyindən sığortalanmaq mümkün olmayacaq. Növbəti aylarda olmasa belə, heç olmasa növbəti illərdə təhsilimizlə bağlı xoş və sevindirici xəbərlər eşitmək arzusu ilə...

Nadir İsrafilov, təhsil eksperti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO