İspaniyanın “Real Madrid”x9d klubunun hücumçusu Kriştiano Ronaldo yeni rekord vurub. ANS PRESS-in məlumatına görə, Ronaldo sosial şəbəkələrdə 200 milyon abunəçisi olan ilk idmançı olub. Bu barədə Forbes məlumat yayıb.
31 yaşlı portuqaliyalı ulduzun “Facebook”x9d səhifəsində 109,7 milyon izləyicisi var. Ronaldonun “Instaqram”x9dda 49,6, “Tvitter”x9ddə isə 40,7 milyon izləyicisi var.
Futbolçunun ən çox izləyiciləri ABŞ-da (13,5%) yaşayır. Daha sonra portuqaliyalını Fransada (7,4%), Brazilyada (6,4%) və Meksikada (6,2%) izləyirlər. İzləyicilərin sayı futbolçulunun əzəli rəqibi Lionel Messidən 64% çoxdur.
Lakin 5 qat “Qızıl Top”x9dun qalibi Messinin “tvitter”x9d səhifəsi yoxdur. Ronaldodan başqa, amerikalı müğənni Teylor Svift və kanadalı müğənni Castin Biberin də izləyiciləri sosial şəbəkələrdə 200 milyonu ötüb.



2009-ci ildə Ronaldo "Mançester Yunayted" klubundan "Real Madrid"ə transfer olunub. Beləliklə də ən bahalı futbolçu statusu qazanıb. Bundan əlavə, klub futbolçunun özünə hər il 21 milyon avro ödəyir. Portuqaliya yığmasının kapitanı 3 dəfə "Qızıl Top"un qalibi olub.xa0

































































































