Netanyahu: Ağ Ev yaxınlığındakı son atışma Trampa qarşı “sui-qəsd cəhdi”dir

Netanyahu: Ağ Ev yaxınlığındakı son atışma Trampa qarşı “sui-qəsd cəhdi”dir

Hazırda oxunan: Netanyahu: Ağ Ev yaxınlığındakı son atışma Trampa qarşı “sui-qəsd cəhdi”dir

615154

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evin nəzarət-buraxılış məntəqəsində baş verən son atışmanı ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, Netanyahu "X" sosial şəbəkəsindəki hesabında hadisəyə reaksiya verərək bu ifadələri işlədib:

"Şadam ki, Ağ Evdə İsrailin ən yaxın dostu – Prezident Donald Tramp təhlükəsizlikdədir və hücum edən şəxs daha böyük zərər vura bilmədən zərərsizləşdirilib. Siyasi zorakılıq, o cümlədən Prezident Trampa qarşı yönələn təkrar sui-qəsd cəhdləri hamı tərəfindən birmənalı və qətiyyətlə pislənilməlidir".

Hücum edən şəxs barədə nə məlumdur?

Xatırladaq ki, bir neçə saat əvvəl 21 yaşlı Nasir Best Ağ Evin yaxınlığında, ABŞ Məxfi Xidmətinin nəzarət-buraxılış məntəqəsində atəş açıb. Silahlı şəxs hadisə yerindəcə atəş xətti ilə öldürülüb.
 

Mənbələrin verdiyi məlumata görə, Nasir Bestin hələ 2025-ci ilin iyulunda Məxfi Xidmət əməkdaşları ilə insidenti qeydə alınıb. O, həmin vaxt Ağ Evə gizlicə daxil olmağa cəhd edərkən həbs olunub və psixi sağlamlıq problemləri səbəbindən psixiatriya şöbəsinə yerləşdirilib.


Qeyd edək ki, İsrail Baş nazirinin bu bəyanatına rəğmən, nə ABŞ mediası, nə də şəxsən Donald Trampın özü baş verən hadisəni rəsmi olaraq "prezidentə sui-qəsd cəhdi" kimi xarakterizə etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO