Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov mayın 22-də rayon ərazisində son günlər müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar yaranmış vəziyyəti dəyərləndirmək və zəruri qabaqlayıcı tədbirləri müəyyənləşdirmək üçün aidiyyəti qurumların rəhbərləri ilə görüş keçirib.
Bizim.Media xəbər verir ki, görüşdə rayon üzrə su, elektrik enerjisi və qaz təchizatı, həmçinin yol infrastrukturu sahələrində mövcud vəziyyət ətraflı təhlil olunub.
Fəsadların aradan qaldırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr hər bir sahə üzrə ayrı-ayrılıqda müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı müvafiq idarə rəhbərlərini dinlədikdən sonra əhalinin təhlükəsizliyinin və kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu vurğulayıb. O, qarşıdakı günlərdə gözlənilən yağıntılı hava şəraitini nəzərə alaraq, təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Rayon rəhbəri həmçinin Laza kəndinə gedən yolda aparılan təmir-bərpa işlərinə yerində baxış keçirib, işlərin gedişatı ilə maraqlanıb.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






























































































