“Neftçi” yayın ilk transferini etdi

“Neftçi” yayın ilk transferini etdi

Hazırda oxunan: “Neftçi” yayın ilk transferini etdi

615108

“Neftçi” növbəti mövsümün transfer çalışmalarına start verib və bu yöndə ilk addım atılıb.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Azərbaycan millisinin üzvü ilə anlaşıb. Bu, son iki mövsümü “Şamaxı”da keçirmiş Rüfət Abbasovdur.

Müdafiənin sol cinahındakı inamlı çıxışı ilə Yuri Vernidubun diqqətini çəkməyi bacaran 21 yaşlı futbolçuya bir neçə təklif olsa da, o, “Neftçi”ni seçib.
 

Bu da səbəbsiz deyil. Çünki Rüfət “Neftçi”nin yetirməsi hesab olunur. Komandanın avrokuboklara hazırlaşması və növbəti mövsümdə çempionluğu hədəf seçməsi Abbasovun qərarına təsir edib. Tərəflər bütün şərtləri müzakirə edərək razılıq əldə edib. Yığma üzvü ilə azı 2 illik müqavilə nəzərdə tutulub.


Paytaxt təmsilçisi ona görə “Şamaxı”ya təzminat ödəməyəcək. Çünki bölgə təmsilçisi ilə sözləşməsinin müddəti bu ayın sonunda başa çatır.

2024-cü ilin yayından “Şamaxı”nın şərəfini qoruyan Abbasov bütün yarışlarda meydana çıxdığı 74 oyunda 2 qol vurub, 12 qolun ötürməsini verib. (sportinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO