Latviyada "kişi qıtlığı" ilə bağlı xəbərdarlıq: "Evli kişilər bu ölkədən uzaq dursun"

Latviyada "kişi qıtlığı" ilə bağlı xəbərdarlıq: "Evli kişilər bu ölkədən uzaq dursun"

Hazırda oxunan: Latviyada "kişi qıtlığı" ilə bağlı xəbərdarlıq: "Evli kişilər bu ölkədən uzaq dursun"

615106

Son günlər sosial şəbəkələrdə və mediada "kişi kirayəsi" xidmətləri ilə gündəmə gələn Latviyada yaşayan gənc bir qadının paylaşımı böyük rezonans doğurub.

Bizim.Media xəbər verir ki, o, bu ölkəyə səyahət etməyi planlaşdıran həm subay, həm də evli kişilərə müraciət edərək maraqlı bir xəbərdarlıq edib.

Gənc qadın öz videosunda Latviyadakı demoqrafik vəziyyətə eyham vuraraq bu ifadələri işlədib:

"Latviya təhlükəli ölkədir. Əgər subay kişisinizsə və Latviyaya gedirsinizsə, bəlkə də diqqət mərkəzində olmaq istəyirsiniz, amma evlisinizsə, Latviyadan mütləq uzaq durmalısınız. Oraya barmağınızda üzüklə getməyinizin heç bir fərqi yoxdur. Qızlar, sözün əsl mənasında, heyvanlar kimi üstünüzə hücum edirlər."

Bu viral xəbərdarlığın rəsmi statistik əsasları var. Belə ki, Latviya dünyada qadınların sayının kişilərə nisbətən ən çox üstünlük təşkil etdiyi ölkələrdən biridir.

Ölkədə kişilərin azlığı səbəbindən son vaxtlar məişət işləri (təmir, ağır yüklərin daşınması, santexnika və s.) üçün xidmət sektorunda populyarlaşan "Bir saatlıq ər" (Rent-a-husband) trendi medianın əsas mövzularından birinə çevrilib.

Sosial şəbəkə istifadəçiləri qadının bu çıxışını həm zarafat, həm də ölkədəki real sosial və demoqrafik vəziyyətin ironik bir təqdimatı kimi qiymətləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO