WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO

WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO

Hazırda oxunan: WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO
615129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ən yüksək səviyyədə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatdı. Forum çərçivəsində keçirilən "Urban Expo" sərgisində çox sayda yerli və xarici şirkətlər, onların nümayəndələri iştirak etdilər. Sərgidə onların istehsal etdiklərini təqdim etmək üçün hər bir şərait yaradılmışdı. Forum və onun daxilində təşkil edilən sərgi həm xarici ölkələrdən gələn çoxsaylı qonaqlar, həm də yerli əhalinin marağını cəlb etdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Crystal Group of Companies”in İdarə Heyətinin sədri Baxış Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Urban Expo" sərgisi ilə bağlı danışarkən deyib.

O bildirib ki, sərgidə “Crystal Group of Companies”ə daxil olan bir neçə şirkət öz məhsullarını təqdim edib:

"Sözügedən şirkətlərə “Crystal İnşaat”, “Crystal Mebel”, “Crystal Beton”, “Crystal Qum-çınqıl”, “Crystal Nəqliyyat”, “Crystal Pen” daxildir. Bu şirkətlərdə beton, mebel, qum-çınqıl, nəqliyyat və alüminium qapı-pəncərə istehsal olunur. Bu gün biz müştərilərimizə qeyd olunan xidmətləri təqdim edirik. Forum iştirakçıları əsasən bizim istehsal etdiyimiz mebellər, xüsusilə, klassik mebellərlə maraqlandılar.

Alüminium qapı-pəncərə sistemləri ilə bağlı da bizə bir çox suallar ünvanlandı. Həmçinin, beton istehsalında kimyəvi qatqılar istehsal edən xarici və yerli şirkət nümayəndələri də öz təkliflərini bizə təqdim etdilər".

WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO - foto 3


Baxış Əliyev qeyd edib ki, şirkət işğaldan azad olunmuş torpaqlarda gedən inşaat işlərinə öz töhfəsini verir:

"Şuşada 12 yaşayış binasının tikintisi "Crystal İnşaat" QSC tərəfindən icra olunur. "Crystal Beton” artıq 24 ildir fəaliyyət göstərir, 4 beton zavodumuz Bakı şəhərində, 3-ü isə regionlarda, Zəngilan, Ağdam və Gəncədə yerləşir. Qum-çınqıl karxanası isə Qubada yerləşir. İki beton zavodumuz torpaqlarımız işğaldan azad olunduqdan sonra açılıb”, - deyə o qeyd edib.

WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO - foto 1
WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO - foto 2

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO