Cəvahir Qaraqızı: “Bu festival Turan ellərini bir yerdə qovuşduran məkandır” – FOTO

Cəvahir Qaraqızı: “Bu festival Turan ellərini bir yerdə qovuşduran məkandır” – FOTO

Hazırda oxunan: Cəvahir Qaraqızı: “Bu festival Turan ellərini bir yerdə qovuşduran məkandır” – FOTO

615123

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günü çərçivəsində Bizim.Medianın masasında şairə Cəvahir Qaraqızı və rəhbərlik etdiyi “Məhsəti Şairlər Məclisi”nin üzvləri oxucularla görüşüblər.

Bizim.Media xəbər verir ki, “Məhsəti Şairlər Məclisi”nin İdarə Heyətinin sədri olan Cəvahir Qaraqızı festivalda məclisin üzvləri ilə birlikdə iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Şairə Hicran Fuad Əhmədlinin yeni kitabları təqdim olundu - FOTO


Tədbirə Zaqatala, Naftalan və digər bölgələrdən ümumilikdə 20-yə yaxın üzv qatılıb.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və İraq Türkman Yazarları Birliyinin üzvü olan müəllif beş şeir kitabının müəllifidir.

C.Qaraqızı şeirlərində sərbəst şeir formasına və heca vəzninə üstünlük verərək qoşma, gəraylı, poema qələmə alır. Bundan başqa, o, yaradıcılığında esse və hekayələrə də yer verir. Onun əsərlərində tarixi mövzular və Türk dünyası ideyası xüsusi yer tutur.

Festival çərçivəsində müəllifin “Turana doğru” kitabı da oxuculara təqdim olunub. Bildirilib ki, bu kitab “İki dövlət, bir millət” antologiyasında birincilik qazanıb. Şairənin əsərləri Türk, rus, ingilis, özbək və gürcü dillərinə tərcümə olunub.


Cəvahir Qaraqızı “Qızıl qələm” mükafatı və “Heydər zirvəsi” medalı ilə təltif olunub.

“Bu festival Turan ellərini bir yerdə qovuşduran məkandır”, – deyə müəllif tədbir zamanı bildirib.

Festival iştirakçıları müəllifin səmimi çıxışını və Türk dünyasına bağlı yaradıcılığını böyük maraqla qarşılayıblar.


Xədicə Paşayeva, Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO