Füzulidə at belində olan 77 yaşlı kişini ildırım vuraraq öldürdü

Füzulidə at belində olan 77 yaşlı kişini ildırım vuraraq öldürdü

Hazırda oxunan: Füzulidə at belində olan 77 yaşlı kişini ildırım vuraraq öldürdü

615186

Füzuli rayonunda faciəvi hadisə baş verib.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Zobucuq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd sakini olan Hacıyev Əlyar Güləhməd oğlu at belində qoyun təsərrüfatına nəzarət edərkən onu ildırım vurub. Hadisə qəfil başlayan yağışlı hava zamanı baş verib.

Nəticədə, 77 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO