14 ildən sonra Premyer Liqanı tərk etdilər

14 ildən sonra Premyer Liqanı tərk etdilər

Hazırda oxunan: 14 ildən sonra Premyer Liqanı tərk etdilər

615179

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.

Bizim.Media xəbər verir ki, Londonun "Vest Hem" klubu sonuncu - 38-ci tur çərçivəsində "Lids" ilə keçirilən matçdan sonra Premyer Liqa ilə vidalaşıb.
 

Matçda qalib tərəf "Vest Hem" olsa da (3:0), əsas rəqibləri "Tottenhem"in "Everton"u məğlub etməsi səbəbindən bu qələbə London təmsilçisini xilas etmək üçün kifayət etməyib.


Beləliklə, yekun nəticələrə əsasən, 18-ci pillədə qərarlaşan "Vest Hem" 14 illik fasilədən sonra Çempionşipə yuvarlanıb. "Tottenhem" isə 17-ci yeri tutaraq elitada qalmağı bacarıb. (qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO