Bakıda restoran kartofu qızartdığı yağın pulunu da hesaba yazdı - FOTO

Bakıda restoran kartofu qızartdığı yağın pulunu da hesaba yazdı - FOTO

Hazırda oxunan: Bakıda restoran kartofu qızartdığı yağın pulunu da hesaba yazdı - FOTO
615171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda restoranlardan biri kartofu qızartdığı yağın pulunu da hesaba yazıb.
 
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış aparıcı, diksiya təlimçisi Cəlalə Nəzəroğlu bildirib.

“Yaşadığım binanın içində bir restoran var. Yumurtadan yun qırxılan bir yerdir. Yemək bişirməyə həvəsim olmadı, dedik, eybi yox, düşüb orada yeyək. Kəndsayağı kartof da sifariş etmişik. Qəbz gələndə təəccübləndim-kartofu qızartdıqları yağın da pulunu yazıblar! Çağırıb deyirəm, bu, nədir? Deyir, "free" qazanında yox, tavada qızarıb. Dedim, başa düşürəm e, kartofu çiy gətirəsi deyildiniz ki!

Onda lütfən, gedin tavanın da pulunu əlavə edin, tam ödənişi köçürüm. Gülməli açıqlama:
 

"Çox sağ olun ki, bildirdiniz, başa düşdük". Guya indiyə kimi xəbərləri yox imiş. Hələ bu azmış kimi, ofisanta göstəriş verir ki, yağın pulunu çıx. Üzrü qəbahətindən də böyük! Tam ödənişi etdim, amma heyif qazın və tavanın pulunu almadılar.


 Rəhbərliyə sözümü necə lazımdır dediyim üçün adını yazmağı mənasız hesab edirəm. Daha öncə bütün yerlərin adını yazmışam, ondan sonra başlayıblar könül almaq məqsədilə "elçiliyə". Bu isə mənə lazım deyil”, - o qeyd edib. (Pravda.az)
 

Bakıda restoran kartofu qızartdığı yağın pulunu da hesaba yazdı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO