"Murov" "Neftçi"ni MƏĞLUB ETDİ 

Hazırda oxunan: "Murov" "Neftçi"ni MƏĞLUB ETDİ 

120460

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III dövrənin ilk turu keçirilib.  

Bizim.Media xəbər verir ki, Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov” - “Neftçi” matçı ilə start verilib.  

Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə 3 xalı yazıb.  

Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.  
Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO