Tayson Füri dünya çempionu tituluna sahib çıxıb.
Britaniyalı boksçu Tayson Füri ukraynalı Bladimir Kliçkonu məğlub edərək İBF, İBO, WBO və WBA versiyaları üzrə dünya çempionu tituluna sahib çıxıb.xa0
Moderator.az -ın APA-ya istinadən məlumatına görə, döyüş noyabrın 29-da gecə Düsseldorfda keçirilib.
xa0
Britaniyalı rəqibinə xal hesabı ilə qalib gəlib. 12 raundun yekununda hakimlər üstünlüyü T. Füriyə veriblər. Hakimlərin rəyi belə olub: 115-112, 115-112, 116-111 T. Fürinin xeyrinə.
xa0
39 yaşlı Kliçko ilə 27 yaşlı Füri arasında görüş oktyabrın 24-ə planlaşdırılsa da, ukraynalının zədələnməsi səbəbindən döyüşün vaxtı dəyişdirilmişdi.
xa0
V. Kliçko T. Fürinin üstün olduğunu qeyd edərək, revanş matçına ümid etdiyini bildirib.
xa0
Ukraynalı döyüşçünün hesabında 68 döyüşdə 64 qələbə (53-ü nokautla) var. Füri isə indiyədək keçirdiyi 25 qarşılaşmanın hamısında qalib gəlib (18-i nokautla).
Bu Kliçkonun 2004-cü ilədn ilk məğlubiyyətidir.

































































































