Davud Səfiyev:

Davud Səfiyev: "Tuyqun Nadirov otağında mənə dedi ki..." -Açıqlama

Hazırda oxunan: Davud Səfiyev: "Tuyqun Nadirov otağında mənə dedi ki..." -Açıqlama

103446
Buyaxınlarda elektron ünvanımıza şikayət mətubu gəlmişdi. Əslində, buna nə dərəcədə şikayət diaqnozu qoymaq olar - mübahisəlidir. Şəxslə əlaqə saxladıq. Danışdıqları, dediyi ifşalar xa0və s. Mövqeyinin dərc olunmasını xahiş etdi.xa0

xa0Davud Səfiyev 1999-cu ildə dayısının təşəbbüsü ilə Rusiyanın Ufa şəhərinə gedib və futbol karyerasına da orda başlayıb. Kimertau klubunda oynayıb. 2010-cu ildə Azərbaycana qayıdıb, hərbi xidmətə gedib. 2011-də isə o, “Kəpəz”x9də götürülür, ancaq orda çox qalmır. 2 ay sonra “Xəzər Lənkəran”x9da üz tutur. xa0Elə hekayə də bundan sonra başlayır.xa0

xa0Davudun dedikləri: “Kəpəz”x9ddə başa düşdüm ki, əsas heyətdə oynaya bilməyəcəm. Müxtəlif səbəblər var idi. Ancaq bunun içində mənim əsas heyətə uyğun gəlməməyim qəti yox idi. O barədə danışmaq istəmirəm. Sonra “Xəzər Lənkəran”x9dda 4 gün baxışda oldum. O vaxt komandanın baş məşqçisi Mirça Rednik idi. O, məni bəyəndi və bu haqda mənimlə söhbəti də oldu. Dedilər ki, 5 min maaş alacaqsan, məşqlərə davam elə. Bu, mənimçün çox gözəl xəbər xa0idi, çünki puldan çox futbol oynamağı arzulayırdım. “Xəzər Lənkəran”x9d da iddialı komanda idi, fikirləşdim ki, nəhayət, karyeramın uğurlu vaxtı başlayar. Məşqlərə canımı qoyurdum. Sonra Tuyqun Nadirov (“Xəzər Lənkəran”x9dın vitse-prezidenti) otağında mənə dedi ki, klubun vəziyyəti yaxşı deyil. Hələlik maaş məsələləri bir az qarışıqdır. Mən dedim, məşqçi məni bəyənib, bunu mənə də deyib, mənə komandaya düşmək vacibdir əsas. Dedi ki, hələlik pul yoxdu. İstəyirsən, qal, sonra maaşını xa0alarsan. Gördüm, nəsə, konkret söz demir, ora-bura fırladır məni. xa0Mən heç nə başa düşmədim. Əvvəlcə mənə bildirmişdilər ki, komandaya götürülürəm və 5 min maaş alacam, sonra Tuyqun deyir ki, pul yoxdur, oyna, sonra olacaq. Bu nə deməkdir?".


xa0xa0SONRA?xa0

“Gördüm ki, klubda da aləm qarışıb. Rednikin də ordan getmək ərəfəsi idi. Futbola belə çirkinlikləri görüb, uzaqlaşdım. İmkanım yaxşı deyildi, xa0məcbur qalıb, başqa işlə məşğul olmağa başladım. İndi futboldan uzağam. Bu uğursuzluqlar mənə çox pis təsir eləmişdi. Görürdüm ki, məndən zəif futbolçular oynayırlar, mənsə həmişə problemlə qarşılaşıram. Həm də futbolda heç kimi tanımırdım, çətin idi mənçün”x9d. 1985-ci il təvəllüdlü Davud bu məsələni niyə məhz indi qabardır?

xa0- Suala belə aydınlıq gətirdi: "Ağlımdan keçməyib ki, o vaxt bu haqda mətbuata danışım. Mənim fikrimdə bircə şey var idi, iş tapım, pul qazanım. Sonra mən futboldan uzaqlaşdım. İndi al-verlə məşğulam. Mən allah adamıyam, niyə yalan danışım. Adam geriyə boylananda bilirsənmi necə heyfslənir. Mən 10 ildən çox özümü futbola həsr eləmişdim. Sənin karyeranı hansısa bir şəxsin üzündən alınmaması necə pis əsir eləyir, bunu anlamaq çətin deyil". /futbolpress /



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO