Maykl Kerrik bu klubu çalışdıracaq

Maykl Kerrik bu klubu çalışdıracaq

Hazırda oxunan: Maykl Kerrik bu klubu çalışdıracaq

100396

“Mançester Yunayted”in sabiq futbolçusu və baş məşqçisi Maykl Kerrikin yeni iş yeri müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, mütəxəssis İngiltərə Çempionşip təmsilçisi “Midlsbro”ya baş məşqçi təyin olunacaq.

Tərəflər artıq müqavilə barədə razılığa gəliblər. Müqavilə yaxın vaxtlarda rəsmən elan olunacaq.  

Qeyd edək ki, Kerrik 2006-2018-ci illərdə futbolçu kimi "Mançester Yunayted"də çıxış edib. Daha sonra 2021-ci ilə qədər Joze Mourinyo və Ole Qunner Solşerin rəhbərliyi altında klubun köməkçi məşqçisi olub.
Sulşer qovulandan sonra Kerrik “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olub. Onun rəhbərliyi altında komanda 3 görüşdə 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Dekabrın 3-də Kerrik komandadan ayrılmışdı və o vaxtdan indiyə kimi işsiz idi. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO