Azərbaycanlı “professor”x9d Dünya çempionu kəmərinə sahib oldu -  FOTO

Azərbaycanlı “professor”x9d Dünya çempionu kəmərinə sahib oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı “professor”x9d Dünya çempionu kəmərinə sahib oldu - FOTO

100146
Döyüş günü həmyerlimizin 21 yaşı tamam oldu.

Oktyabrın 10-da Rusiyanın Belqorod şəhərində Muay-tay üzrə beynəlxalq turnir keçirilib - GBC çempinatı. 

Oxu.Az-ın məlumatında görə, Rusiyanı təmsil edən əslən azərbaycanlı idmançı Alim Nəbiyev Dünya çempionu adı uğrunda fransız Patrik Madislə üz-üzə gəlib.

Həmyerlimiz rinqə həmişə olduğu kimi üç bayraqla çıxıb: Azərbaycan, Ukrayna və Rusiya. Xatırldaq ki, əslən azərbaycanlı olan Alim Nəbiyev Gürcüstanda anadan olub və uzun müddət Ukraynada yaşayıb. 2014-cü ildə isə Alim Moskvaya köçüb və yarışlarda Rusiya Federasiyasını təmsil edir. 

Bütün döyüş boyu rəqibindən üstün olan və hətta bir dəfə fransızı nokdauna göndərən “professor”x9d ləqəbli həmyerlimiz Dünya çempionu kəmərinin sahibi olub.

Qeyd edək ki, döyüş günü Alim Nəbiyevin həmçinin ad günü idi (21 yaş) və həmyerlimiz qələbəsi ilə özünə gözəl hədiyyə edib.

Sonda “professor”x9d azərkeşlərə, yaxınlara və ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO