«Lada»nın gücünə bax;  bir zərbə ilə «Toyota»nı səkiyə dırmaşdırdı

«Lada»nın gücünə bax; bir zərbə ilə «Toyota»nı səkiyə dırmaşdırdı

Hazırda oxunan: «Lada»nın gücünə bax; bir zərbə ilə «Toyota»nı səkiyə dırmaşdırdı

93518
Kiçik bir zərbədən idarəetməni itirən «Toyota»nın sürücüsü maşının saxlaya bilməyib
Avtosfer.az Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntülərdə «Lada» və «Toyota Camry» markalı avtomobillərin toqquşması əksini tapıb. Kadrlarda hadisənin başvermə şəraiti tam əks olunmasa da, sol tərəfdən düzünə hərəkətə başlayan avtomobillərin davranışından anlaşılır ki, «Toyota Camry» öz yolu ilə hərəkət edirmiş. «Lada» isə görünür, sürücünün tələskənliyi ucbatından yolayrıcına daxil olarkən qadağanedici nişana əhəmiyyət vermədən hərəkəti davam etdirir. Nəticədə «Lada» o qədər də yüksək olmayan sürətlə «Toyota»ya arxa-yan tərəfinə çırpılır. Hərəkətdə olan «Toyota» dərhal istiqaməti dəyişir və səkiyə dırmaşaraq orada hərəkət edir.
Çox güman ki, ya sürücü özünü itirib, ya da təhlükəsizlik yastığı açıldığı üçün önünü görə bilmir. Bu vəziyyətdə əyləci basıb qəzadan yüngül zərərlə qurtulmaq mümkün idi”¦
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO