Türkiyə vətəndaşı Azərbaycanda qaçaqmal keçirərkən saxlanıldı -  FOTO

Türkiyə vətəndaşı Azərbaycanda qaçaqmal keçirərkən saxlanıldı - FOTO

Hazırda oxunan: Türkiyə vətəndaşı Azərbaycanda qaçaqmal keçirərkən saxlanıldı - FOTO

60734
Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycana qanunsuz yolla gətirilən uşaq oyuncaqları, siqaretlər, məişət avadanlıqları və s. əşyalar aşkarlayıb.
 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Kotil Reşat Ahmet oğlunun idarə etdiyi “DAF” markalı 34YA0678/0569  dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata  keçirilib. 
 
Gömrük baxişi zamanı nəqliyyat vasitəsindənyükmüşayiət sənədlərində göstərilməyən müxtəlif adda 818 ədəd məişət avadanlıqları, bəzək əşyaları, uşaq oyuncaqları və telefon aksesuarları aşkar edilib.
 
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə  şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Musayev Azad Dursun oğlunun idarə etdiyi “Mercedes-Benz C457” markalı, 10JV643 dövlət nömrə nişanlı sərnişin avtobusu Tovuz şəhər avtovağzalı  ərazisində saxlanılıb.
 
Nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə gömrük baxışı həyata keçirilib, avtomobilin  yük yerindən  9 ədəd müxtəlif ölçülü karton qutulardan üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan xaricdə istehsal olunmuş, ümumilikdə 7 adda 8190 qutu siqaretlər aşkar edilərək götürülüb.
 
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Həsənov Ravil Telman oğlunun idarə etdiyi “QAZ-2752” markalı, 57-BL-982 nömrə nişanlı yük avtomobilinin kapotunun altında və arxa yük yerinin taxta döşəməsinin altından 570 qutu petardatipli pirotexniki məmulatlar və 4 iri qutu fişənglər aşkar olunaraq götürülüb..(publika.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO