Oğurlanan müxalifətçinin meyiti tapıldı

Oğurlanan müxalifətçinin meyiti tapıldı

Hazırda oxunan: Oğurlanan müxalifətçinin meyiti tapıldı

40315
Yanvar ayının 21-də Kiyevin Oktyabrsk xəstəxanasından oğurlanan 2 müxalifətçidən birinin ”“ Yuri Verbiçskinin meyiti Borispol rayonunun Qnedin kəndinin yaxınlığındakı meşədə tapılıb.

Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun meyiti qohumları tərəfindən tanınıb. 

Qeyd edək ki, oğurlanan ikinci müxalifətçi İqor Luçenko isə qaçmağı bacarıb. Onun sözlərinə görə, onları oğurlayanlar Avromaydanın kim tərəfindən maliyyələşdirildiyini öyrənməyə çalışırdılar. “Bizi döydükdən sonra meşəyə atdılar. Yuri Verbiçski lvovlu olduğuna görə onu daha çox döydülər. Bizi oğurlayanların arxasında hüquq mühafizə orqanları durur”, - deyə İqor Luçenko bildirib. 
Ukrayna polisi isə oğurlanan müxalifətçinin ittihamı ilə razılaşmadığını bəyan edib. Bu olayla bağlı artıq cinayət işi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO