Bakı metrosunda qatar adam vurdu

Bakı metrosunda qatar adam vurdu

Hazırda oxunan: Bakı metrosunda qatar adam vurdu

233999

Bu gün günorta saatlarında Bakı metrosunda qatar sərnişini vurub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovxa0açıqlamasında bildirib ki, hadisə nəticəsində sərnişin ciddi xəsarət almayıb.

“Bu gün saat 13:41 radələrində qatar“Neftçilər” merostansiyasında platformaya daxil olanda baş verib. Bu zaman sərnişin 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatara minmək üçün digər sərnişinlərin önünə keçməyə çalışıb. Bu zaman platformadakı hüquq xəttini keçib. Qatarın güzgüsü, ona toxunub. Sərnişin yerə yıxılıb və eynəyi alnını cızıb. Hadisədən sonra vətəndaş təcili yardım çağrılmasına ehtiyac olmadığını bildirib. Lakin qaydalara görə bizim əməkdaşlar təcili yardım çağırıb, sərnişinə ilkin tibbi yardım göstərilib”.(publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO