- A-
- A
- A+
Hadisə
20:24 / 31.07.2016
1 dəq oxunma
Güclü ildırım Ağcabədidə həyəcan yaratdı -HADİSƏ
Hazırda oxunan: Güclü ildırım Ağcabədidə həyəcan yaratdı
-HADİSƏ
146345
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İldırım Ağcabədininin elektrik təsərrüfatına ciddi ziyan vurdu
Bu gecə Ağcabədi rayonunda güclü ildırım hadisəsi baş vermişdir. Rayonun Hacıbədəlli kənd sakinlərinin Moderator.az saytına verdikləri məlumata görə onlar gecə yarı güclü ildırım səsinə yuxudan oyanıblar. Bu vaxt ildırım on min voltluq elektrik naqillərini sıradan çıxardığından rayonun Hacıbədəlli, Pərioğullar, Cəfərbəyli, Ağabəyli, Hindarx kəndləri, eləcə də bölgənin digər əraziləri qaranlığa qərq olub.
Həmçinin, bölgə əhalisi ildırımın səsindən gecəni həyəcan içərisində keçiriblər.
Axşama yaxın sakinlərin saytımıza verdikləri məlumata görə idırımın elektrik təsərrüfatına vurduğu ziyan gün ərzində aradan qaldırılıb. Kəndlər elektrik enerjisi ilə təmin olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
































































































