“Formula-1”x9d yarışlarının əfsanəvi çempionu alman Mixail Şumaxerin son halı görənləri sarsıdıb.
Moderator.az xəbər verir ki, bir neçə il öncə xizək sürən zaman ağır qəzaya düşən və o gündən bu yana özünə gələ bilməyən pilotun vəziyyəti düzəlmək bilmir. Müalicə xərcləri get-gedə artan Mixail Şumaxerin səhhətinin yaxşılaşması üçün orta hesabla hər həftə 140 min avro pul sərf olunur. Artıq bir zamanların ən varlı idmançılarından olan Şumaxerin sərvəti tükənmək üzrədir. Müalicəyə pul yatıran sponsorlar bu işdən əl çəkəndən sonra pilotun özəl mülkləri satışa çıxarıldı.
15 həkimin mütəmadi nəzarətində olan Mixail hazırda nə danışa, nə də yeriyə bilir. Son aylarda Cenevrədəki mülkündə saxlanılır. Vəziyyəti qeyri- kafidir. Məşhur pilotun çəkisi 40 kiloya yaxınlaşır.
Elmin Nuri





































































































