Səlyanda ağır qəza: KamAZ çaya düşdü   -Foto

Səlyanda ağır qəza: KamAZ çaya düşdü -Foto

Hazırda oxunan: Səlyanda ağır qəza: KamAZ çaya düşdü -Foto

129125
Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

Moderator.az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı KamAZ markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.

Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış KamAZ Qobustan sakini tərəfindən idarə olunub.

Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO