Neftçilər hələ də dənizdədirlər.
“Günəşli”x9d yatağındakı 10-cu özüldə baş verən yanğın hal-hazırda davam edir.
Moderator.az xəbər verir ki, hadisə ilə əlaqədar yaradılan qərargahdan Trend-ə verilən məlumata görə, hal-hazırda SOCAR rəhbərliyi hadisə yerinə gedir.
Məlumata əsasən, özüldə olan işçilər yanğın yerindən təxliyə olunub, və onların vəziyyəti yaxşıdı. Onlar hələ də dənizdə xilasetmə qayıqlarda və gəmidə qalıblar.

































































































