Azərbaycan təyyarəsinin enişi zamanı qəza oldu  - Yaralanan var

Azərbaycan təyyarəsinin enişi zamanı qəza oldu - Yaralanan var

Hazırda oxunan: Azərbaycan təyyarəsinin enişi zamanı qəza oldu - Yaralanan var

100297
Türkiyədə Azərbaycan Hava Yollarına məxsus təyyarənin enişi zamanı qəza baş verib.


BAKU.WS-in məlumatına görə, Bakıdan gələn "J2-079" səfər saylı təyyarə Atatürk Hava limanına yerli vaxtla saat 18:40-da eniş edib. 
 
Təyyarə daha sonra Daxili Xəttlər Terminalındakı parking ərazisinə yönəlib.
 
Bu zaman təyyarəni əlindəki çubuqla istiqamətləndirən Kenan Ecer adlı işçi qəzaya düşüb. 

Onun əlindəki işıqları görməyən mikroavtobus Eceri vurub. Qəzada Kenan Ecer başından və ayağından yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım Ecerə ilk tibbi yardımı göstərib.
 
Yaralı işçi yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Ecerin vəziyyətinin yaxşı olduğu öyrənilib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO