Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı yaranan ictimai narazılıq səngiməmiş Mingəçevir Şəhər Polis Şöbəsində baş verən ölüm hadisəsi yeni etiraz və narazılıq dalğasına səbəb olub.
Maraqlıdır,
parlament seçkiləri ərəfəsində baş verən kütləvi narazılıq və etirazlar bu
seçkilərin nəticəsinə də təsir göstərəcəkmi?
Moderator.az-a
açıqlama verən “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev jurnalist
ölümü ilə Mingəçevir olayları arasında kifayət qədər böyük fərqin olduğunu qeyd
etdi:
“Doğrusu, qarşıdakı parlament seçkilərinə cəmiyyətin
hər hansı formada marağını görümürəm. O ki,qaldı bu hadisələrə, doğrusu
jurnalist Rasim Əliyevnən bağlı olayda cəmiyyətin hər hansı bir təpgisini görmədim.
Narazılıq var idi, lakin bu narazılıq kütləvi etiraz formasında öz əksini
tapmadı. Yalnız bəlli bir qrup bununla
bağlı öz etirazını fəal şəkildə ortaya qoydu. Mincəçevirdə baş verən hadisələr
isə, həqiqətən də xalqın, sadə vətəndaşların etirazıydı. Bu, hansısa ictimai
qrup tərəfindən idarə edilməyən etiraz idi. Yəni bu etirazın keçirilməsi sadə vətəndaşların
özünün təşəbbüsü idi”x9d.
M.Əliyevin
fikrincə, Mingəçevirdə baş verən etirazların kökü əslində daha dərin, daha mürəkkəbdir:
“Əslində
Mincəçevirdə baş verən hadisələrin səbəbi daha dərindir. Mincəçevir keçmiş
sovet dönəmində inkişaf etmiş sənayi şəhəri idi. Ona gənclik şəhəri də deyirdilər.
Şəhərin abadlığı da, səliqəsi də, yaşam səviyyəsi də qaydasında idi. İndi isə şəhərdə
işsizlik baş alıb gedir. Cavanların çoxu iş tapa bilmir. Hüquq- mühafizə
orqanlarında, digər dövlət orqanlarında özbaşınalıq var. Bu isə insanlarda
narazılıq yaradır. Mincəçevirdə baş verən etirazlar məncə daha çox bu problemlərlə
bağlı etiraz idi. Sadəcə olaraq, Bəhruz Hacıyevin olayı bu məsələdə katalizator
rolunu oynadı.
Hesab edirəm
ki, Mincəçevirdə baş verən hadisələri Qubada və İsmayıllıda baş verən hadisələrlə
müqayisə etmək daha doğru olar. Oradakı etirazların kökündə sosial- iqtisadi
problemlər, insan hüquq və azadlığlarının tapdanması, insan şərəf və ləyaqətinin
alçaldırması və s. kimi məsələdə dayanırdı”x9d.
Seymur
Əliyev




































































































