"Rasim Məmmədov Eynulla Fətullayevin vasitəsi ilə, indi özünə təzə PR menecer tapıb, ANS-in filmi vasitəsi ilə alınmadı. Bu dəfə lap qabağa gedib, guya biz kiçik sex sahibləri müxalifətçilərik, həmişəki kimi, kimin "dəsti-xətti" olduğu məlumdur. Keçməz bəy əfəndi, sən dövlətin qanunlarını ayaq altına salmısan, çeynəmisən, "qoçu dəstəsi" yaratmısan, zorla sahibkarları susdurmusan, sən və arxanda duranlar mütləq cəzalanacaq!".
Moderator.Az xəbər verir ki, bunu keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov bildirib:
"Rasim Məmmədovun bütün əməlləri TV-də, radiolarda, KİV-də kifayət qədər işıqlandırılıb. Mən, cənab prezident İlham Əliyevin təbliğatını aparanda, təmsil olunduğum bölgədə H.Əliyev adına park salanda, onun büstünü qoyanda, H.Əliyev Fondunun tikdirdiyi məktəb binasına istilik sistemi çəkəndə, özümə mənəvi borc hesab edib müxtəlif layihələrə dəstək verəndə Rasim Məmmədov harada idi?
Büdcə vəsaitini oğurlayanları, prezident təyin etdiyi vəzifədən öz şəxsi məqsədləri üçün istifadə edib hakimiyyətin imicinə ciddi ziyan vuran məmurları tənqid etmək nə vaxtdan "müxalifətçilik" olub. Mənim kim və necə adam olduğumu cənab İ.Əliyev şəxsən bilir, Rasim Məmmədovun ola bilər, pulu çox olsun, müxtəlif PR kampaniyaları üçün "muzdlu jurnalistlər" tutub, özünü guya hakimiyyətə yaxın göstərsin, ancaq şəxsən 20-dən çox sexi "qoçu dəstəsi" vasitəsi ilə bağlatdırarkən, minlərlə insanı işsiz qoyaraq, monopoliya yarardaraq cənab prezidentə ən böyük müxalifətçiliyi o, edib. Təəssüf edirəm ki, hələ də bunu başa düşməyib.
P.S. Bu "jurnalist dostu" ona niyə sual verməyib ki, Rasim Məmmədov sən Vergilər Nazirliyisən, Standartlaşma və Patent üzrə Komitəsən, FHN-sən və başqa digər dövlət qurumlarısan ki, kimin hansı məhsulu buraxıb-buraxmamasına qərar verəsən?
Sən böyük müəssisə sahibi olsan da dövlət qanunları qarşısında o xırda müəssisələr kimi hüquq və vəzifələrin var".











































































































