Ramil Usubov tapşırıq verdi, polis hərəkətə keçdi  FOTOLAR

Ramil Usubov tapşırıq verdi, polis hərəkətə keçdi FOTOLAR

Hazırda oxunan: Ramil Usubov tapşırıq verdi, polis hərəkətə keçdi FOTOLAR

63749
Baş verən son intihara cəhd hadisələrindən sonra şərti olaraq daha çox "İntihar körpüsü”x9d adlandırılan "Koroğlu”x9d körpüsünə mühafizə polisləri yerləşdirilib.
Son zamanlar intihara cəhd hadisələrinin çox baş verdiyi "Koroğlu”x9d metrosunun yaxınlığındakı asma körpü Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Hazırda asma körpüdə mühafizə polisləri xidməti maşında növbə çəkir.
Xatırladaq ki, son zamanlar bu körpüyə çıxıb dərdlərini deməyə başlayanların, intihar etməyə çalışanların sayı artıb. Artıq bu körpünün adı "intihar körpüsü”x9d kimi çəkilir.
Bu körpüdə intihara cəhd halları bu ilin yanvarından başladı. Burada intihara ilk cəhdi yanvarın 4-də 27 yaşlı Rəfael Hümbətov etmişdi. Özünü körpüdən atan gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı.
Körpüdəki intiharlar da elə bu hadisədən sonra başladı. Elə Qarabağ qazisi Zaur Hüseynovun özünü yandıraraq intihar etməsindən sonra ölkədə başlayan alovlu intiharlar kimi. Bu hadisədən sonra da ölkədə özünü yandıraraq intihara cəhd edənlərin sayı artmışdı.
İndi isə intihara cəhdin "körpüyə çıxmaq”x9d üsulu dəbə düşüb.
"İntihar körpüsü”x9dndəki intihar cəhdləri:
31 iyul - Yusif Əmirov
21 avqust - Fəqan Nəsibov
4 oktyabr - İlkin Abbasov
26 noyabr - Şəhriyar Şahmarov
28 noyabr - Nizami Musayev
2 dekabr - Zamiq İbrahimov.
Adlarını qeyd etdiyimiz şəxslərin hər biri intihar məqsədi ilə körpüyə çıxsa da sonradan bu niyyətlərindən çəkiniblər. Onlar FHN psixoloqları tərəfindən fikrindən daşındırılıb.
Qeyd edək ki, bu şəxslərin intihara cəhdlərinin səbəbi kredit borcları, işlə bağlı problemləri, ailə münaqişələri və digər sosial məsələlər idi.
İntihara cəhd edən şəxslərin niyə məhz bu yeri seçməsinin əsas səbəbi körpünün paytaxtın ən işlək və önəmli magistral yolunun üstündə olmasıdır. Bu yol bir neçə dəqiqəliyə bağlananda və ya orada hərəkət məhdudlaşdırılanda minlərlə maşın tıxacda qalır. Yolun bağlanması bütün ölkə gündəmini bir anda zəbt edir. Bir sözlə, özünə, öz probleminə ictimai diqqət çəkmək istəyən şəxslər məhz bu körpünü seçir. Probelmini dilə gətirir, sonra isə psixoloqlar tərəfindən fikrindən daşındırılır.






 /anspress/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO