Bakıdakı universitetlər bu ərazilərə köçürüləcək - Siyahı

Bakıdakı universitetlər bu ərazilərə köçürüləcək - Siyahı

Hazırda oxunan: Bakıdakı universitetlər bu ərazilərə köçürüləcək - Siyahı

58610
Ələt Səngəçal, Zığ, Xocahəsən, Dübəndi , Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacaq. 


Moderator.az  xəbər verir ki, bu barədə AzNews.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. 

Gələcəkdə şəhərdə sıxlığı azaltmaq üçün bəzi ali təhsil müəssisələri şəhərdən kənara köçürüləcək və yeni universitetlərin yaradılması üçün yürlər ayrılacaq. Böyük Bakının Regional İnkişaf Planında nəzərdə tutulan işlərin yaxın gələcəkdə gerçəkləşəcəyi bildirilib. Qurumdan onu da qeyd ediblər ki, Ziğ qəsəbəsiondə Təhsil, Elm və Texnologiyalar Parkının da yaradılacağı nəzərdə tutulub. 

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO