BQP sədri ilə Ənvər Özərən arasında danışığın səs yazısı olduğu iddia edildi

BQP sədri ilə Ənvər Özərən arasında danışığın səs yazısı olduğu iddia edildi

Hazırda oxunan: BQP sədri ilə Ənvər Özərən arasında danışığın səs yazısı olduğu iddia edildi

42926
Son bir aya yaxındı həm Türkiyə mətbuatında,eyni zamanda da Azərbaycanın yazılı və elektron KİV-ində “Nurçu”larla bağlı müxtəlif xəbərlər yayılır. Hətta Milli Məclisdə belə “Nurçu” millət vəkillərin olduğu ilə bağlı xəbərlər mətbuatın  gündəmini bəzədi. Maraqlı olan budur ki, “Nurçu”olduğunu təsdiqləyən bir dənə belə millət vəkili ortaya çıxmadı. Böyük Quruluş Partiyası sədri,millət vəkili Fazil Mustafanın da “Nurçu” olduğu ilə bağlı iddalar yayılsa da partiya sədri ANS-ə açıqlamasında bunu tamamilə yalanladı.


Vətəninfo.az-ın elektron ünvanına   adını açıqlamayan məlumatlı mənbələrin sızdırdığı məlumatda iddia edilir ki, Fazil Mustafa parlamentə ilk seçildiyi il Azərbaycanda mövcud olan “Nurçu” camaatının lideri Ənvər  Ã–zərən tərəfindən təbrik edilib. Telefon söhbəti zamanı Fazil Mustafa Ə.Özərənə  parlamentdə olduğu müddətdə onlara lazım olan dəstəyi verə biləcəyini bildirib.
Hətta  göndərilən məlumatda idda edilir ki, BQP sədri Ənvər Özərənə qanunverici orqanda “Nurçu” camaatının lobbiçiliyini həyata keçirməsinin qarşılığında “Nurçu” camaatdan ölkədəki siyasi proseslərdə dəstək gözlədiyini bildirib.
Redaksiyamızın elektron ünvanına göndərilən iddiada o da vurğulanır ki, F.Mustafa ilə danışan “Nurçu” camaatının lideri telefon söhbətini yazıb və bunun gəlcəkdə lazım ola biləcəyini bildirib.

İddiaya görə, səs yazısında F.Mustafaya bundan sonra dəstək veriləcəyi vəd olunub və əməkdaşlıq edilməsi üçün bundan sonra müəyyən müddətlərdə görüşlər keçirilməsi qeyd edilib.

Redaksiyadan: BQP liderinin münasibətini öyrənərək təqdim etməyə çalışacağıq.

Vətəninfo.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO