
- A-
- A
- A+
Gündəm
19:34 / 03.02.2014
2 dəq oxunma
Qorbaçova “Cəllad” deyən qadın “Yeni Müsavat”a danışdı
Hazırda oxunan:
Qorbaçova “Cəllad” deyən qadın “Yeni Müsavat”a danışdı
40998
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın memuarları toplanmış “Mən ümid edirəm ki...” kitabında yenidənqurma prosesi və onun gətirdiyi problemlərlə bağlı xatirələri yazılıb.
Kitabda Raisa Qorbaçovanın həmin dövrdə baş qaldırmış Qarabağ problemi, erməni-azərbaycanlı münasibətləri, 20 yanvar qırğını və Mixail Qorbaçovun həmin proseslərə münasibəti ilə də bağlı da maraqlı detallar var.
Modern.az saytı kitabda Azərbaycanla bağlı qeyd olunan məqamları oxuculara təqdim edib. Maraqlı məqamlardan biri azərbaycanlı qadının Qorbaçovu cəllad adlandırması və bu sözü onun üzünə deməsidir.
Musavat.com həmin azərbaycanlı qadını tapıb. O, Sona Həşimovadır. Kommunist Partiyasının 28-ci qurultayına hazırlıq çərçivəsində şəhər partiya komitələrinin birinci katibləri ilə görüşə qatılmış Sona Həşimovanın sözlərinə görə, qurultaya nümayəndələrdən biri olub: “1990-91-ci illər idi. Onu daim mühafizəçiləri müşayiət edirdi. Gözlədim, içəri girəndə onlar arxada qaldılar.

Mən iclas zalında qapının yanında durub gözlədim, içəri girən kimi qabağına gedib fikrimi bildirdim. Dedim siz bu iclasa rəhbərlik etməyi haqq etmirsiniz. Siz cəlladsınız! Azərbaycanda bu qədər qan tökülür, bunu görmürsünüz? Yanındakılar istədilər mənə mane olalar, ancaq Qorbaçov dedi ki, qoyun, sözünü desin. O, mənə əlini uzatdı, dedim ki, sizin əlinizi tuta bilmərəm, sizin əliniz xalqımın qanına batıb. Utanın! O susdu, dedim ki, məni dinləsin, ürəyimdə ona deyəcəklərim var. Dedim ki, siz həm də baş verənlərə görə cinayət məsuliyyəti daşıyan adamsınız. Onun rəngi ağardı. Dediyim sözlərdən bunlar yadımdadır”.
Sona xanım Hazırda rayonların birində yas yerində olduğu üçün onunla canlı görüşə, fotolarını çəkə bilmədik. Lakin bizim xahişimizlə Sona xanımın yaxınları onun pasportundakı fotosunu bizə yolladı. S. Həşimova müxbirimizlə zarafat da edib: “İndi yaşlaşmışam. Ona görə yeni şəkillərimi göndərmirəm”.
“Yeni Müsavat” ilk fürsətdə bu əfsanə qadınla geniş müsahibəni oxucularına təqdim edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































