Yanvarın 31-də bir neçə media orqanı qəzet yayımına qoyulan qadağaya etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirməyi qərarlaşdırıb. Artıq bununla bağlı yanvarın 27-də meriyaya rəsmi müraciət də edilib.
Bu barədə musavat.com-a “Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseyn məlumat verib.
Hesab ediirk ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin bu qərarı qanunsuz, əsassız olmaqla yanaşı, kütləvi informasiya vasitələrinin fəaliyyətinə ağır zərbə vurur və onları bağlanmaq təhlükəsi ilə üz üzə qoyur.
Bununla əlaqədar “Yeni Müsavat” qəzeti Konstitusiyanın 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən, 31 yanvarda saat 15.00-dan 16.00-dək Sabir bağının ərazisində- Azərbaycan prospekti və İstiqlaliyyət küçələrinin tinində piket keçicərəklər.
V.Hüseyn bildirib ki, məktubda təşkilatçılar təkcə “Yeni Müsavat” qəzetinin rəhbərliyi göstərilib: “Bu, vaxt azlığı ilə bağlı idi. Çünki üç nəfərin imzası lazım idi, biz bu səbəbdən başqa redaksiyaların adını qeyd etmədik. Ancaq bu, piketin təkcə “Yeni Müsavat” tərəfindən keçiriləcəyi anlamına gəlmir. Piketə digər, bunu razılaşdırmış mətbuat vasitələri də qoşulacaq”.






































































































