Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti payızda keçiriləcək

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti payızda keçiriləcək

Hazırda oxunan: Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti payızda keçiriləcək

39349
Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti, dördüncü sammiti bu ilin payızında Həştərxan şəhərində (Rusiya) keçiriləcək. Moderator.az-ın  məlumatına görə, bunu «İnterfaks» agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Cargyan bildirib.

Səfirin sözlərinə görə, sammitdə iştirakla bağlı rəsmi dəvət Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri zamanı artıq İran prezidenti Həsən Ruhaniyə təqdim olunub.

L.Cargyan həmçinin bildirib ki, sammitə hazırlıqla bağlı bu ilin yaz aylarında Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

Xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu, üçüncü sammiti 2010-cu ildə Bakıda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO