Milli Şura toplanır:  ehtiyat namizədin kimliyi bu gün bəlli olacaq

Milli Şura toplanır: ehtiyat namizədin kimliyi bu gün bəlli olacaq

Hazırda oxunan: Milli Şura toplanır: ehtiyat namizədin kimliyi bu gün bəlli olacaq

32568


Bu gün saat 16:00 radəsində Milli Şuranın toplantısı start götürüb. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, toplantıda əsas məqsəd ehtiyat namizədin kimliyi məsələsinə aydınlıq gətirməkdir: 

“Milli Şuranın bugünkü toplantıda mövcud durum ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılsa da, əsas məqsəd ehtiyat namizədin kimliyi məsələsinə aydınlıq gətirməkdən ibarətdir. Bu baxımdan ehtiyat namizəd kimi Cəmil Həsənlinin namizədliyinin səsə çıxarılacağı gözlənilir. Ehtimal olunur ki, Milli Şura C.Həsənlinin namizədliyi məsələsində razılığa gələ biləcək. Lakin C.Həsənlinin namizədliyi ilə bağlı yekdil mövqe əldə edilməyəcəyi təqdirdə, bəzi qüvvələrin Milli Şuranı tərk edəcəyi də istisna edilmir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO