Nurəddin Məmmədli: “Milli Şuranın toplantısına gedirəm, onlardan soruşacam ki”¦”

Nurəddin Məmmədli: “Milli Şuranın toplantısına gedirəm, onlardan soruşacam ki”¦”

Hazırda oxunan: Nurəddin Məmmədli: “Milli Şuranın toplantısına gedirəm, onlardan soruşacam ki”¦”

32548
Məşhur filosof Əbulhəsən Abbasov Moderator.az-a açıqlama verərək bildirib ki, hələ Milli Şura ideyası gündəmə gələndən xeyli əvvəl ölçülüb-biçilmiş, qarşıya qoyulmuş hədəflərə uyğun gələn və hər tərəf üçün xeyirli olan yol təklif edib: 

“Özüm də bu yolun bütün nəzəri əsaslarını işləyərək hazırlamışdım. Ancaq görünür həm ağılları, həm siyasi hazırlıqları yetərli olmadığından bu cür xoşagəlməz vəziyyətlə qarşı-qarşıya qaldılar. Mən ilk gündən bu yolun səhv olduğunu və uğursuzluğa düçar olacaqlarını həmin qurumdakı bir çox şəxslərlə söhbətimdə bildirmişdim.“ 

Mövzu ilə əlaqədar Moderator.az-a açıqlama verən Milli Şuranın üzvü, AXCP sədrinin müavini Nurəddin Məmmədli isə filosofun bu təklifindən xəbərsiz olduğunu söylədi: 

“Mən Əbülhəsən Abbasovu çox yaxşı tanıyıram, o bu gün Azərbaycanın ən yaxşı filosofudur. Onun təklifləri haqda mənim heç bir məlumatım olmayıb. Əgər onun təklifi barədə məlumatım olsaydı, həmin təklifi mütləq Milli Şuranın gündəminə gətirərdim. Ə.Abbasov bir sosioloq kimi ictimai problemləri üzrə ən güclü nəzəriyyəçidir. Mən onun doktorluq dissertasiyasına rəy yazmışam və ona çox yüksək qiymət vermişəm. Qeyd etmək istərdim ki, Milli Şura yaranan gündən bir çox məsələlər arxa plana keçib, fikrimiz yalnız vahid namizədlə bağlı problemlərdə olub. Ona görə də bir çox məqamlar nəzərimizdən qaçıb. Mən hal-hazırda Milli Şuranın toplantısına gedirəm və orada bu məsələni araşdıracam, həmin təklif konkret olaraq kimə təqdim olunub və niyə bu təklif müzakirəyə çıxarılmayıb?” 

 

Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO