“Azadlıq” radiosu Xədicə İsmayılovaya görə bəyanat yaydı

“Azadlıq” radiosu Xədicə İsmayılovaya görə bəyanat yaydı

Hazırda oxunan: “Azadlıq” radiosu Xədicə İsmayılovaya görə bəyanat yaydı

31532

Azad Avropa/AzadlıqRadiosu iyulun 26-da İnternetdə Xədicə İsmayılovanın qeyri-qanuni yolla əldə edilmiş intim videosunun nümayiş etdirilməsindən sonra Azərbaycan hökumətini jurnalistə qarşı şantaj və hədə-qorxu kampaniyası ilə bağlı təhqiqat aparmağa çağırıb. 


AzadlıqRadiosunun məsələ ilə bağlı açıqladığı bəyanatda deyilir ki, İnternetdə video ilə yanaşı onun dostu, müstəqil yazar və fəal Emin Millinin X.İsmayılovanı gözdən salmaq məqsədi güdən saxta müsahibəsi də yerləşdirilib.

Sənəddə bildirilir ki, 2012-ci ilin martında da X. İsmayılova özünün xəbəri olmadan evində gizli kamera vasitəsilə çəkilmiş videosu internetdə yayımlanmışdı. 

Sənəddə Azərbaycan hökumətinin ictimaiyyət qarşısında təhqiqat aparılacağına dair söz verməsinə baxmayaraq, bunun hələ baş vermədiyi deyilir.

AzadlıqRadiosunun verdiyi bəyanatda X.İsmayılovanın ona qarşı kampaniyanı “mənəvi terror” adlandırdığı və keçən həftə fiziki təhlükəsizliyi ilə bağlı ciddi hədələr aldığı haqda məlumat verdiyi qeyd edilir.

X.İsmayılovanın reportajları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərib.

Sənəddə bildirilir ki, İlham Əliyev oktyabr ayında üçüncü dəfə prezident seçilmək üçün seçkilərə qatılacaq və X. İsmayılovanın reportajları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərir.

“Azad Avropa/AzadlıqRadiosunun direktorunun səlahiyyətlərini icra edən Kevin Klose X.İsmayılovanın reportajlarına  və qorxmamasına  yüksək qiymət verdiyini və son şantaj kampaniyası ilə bağlı hiddətini ifadə edib. “Biz Azərbaycan hökumətinin Xədicəyə qarşı hücumları dürüst və hərtərəfli təhqiq etməsini və jurnalistləri risk qarşısında qoyan əməlləri qınamasını gözləyirik. Biz onların cəmiyyətin maraqları üçün olduqca vacib iş görən jurnalistlərə lazımi dəstək verilməsi və onların müdafiə olunmasına dair öhdəliklərinə əməl etməsini istəyirik”, - K.Klose bildirib.

Bəyanatda deyilir ki, Beynəlxalq Yayım Bürosunun rəsmilərinin bildirdiyinə görə, müxbirlərə hücumlardan əlavə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin Türkiyədən Azərbaycana yayım siqnalına aprelin 28-dən başlayaraq müdaxilə edilir. ABŞ Dövlət Departamentinin rəsmilərinin Azərbaycan hökumətindən siqnala müdaxilənin mənbəyinin təhqiq edilməsi ilə bağlı müraciəti indiyə qədər təmin edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO