Hərbi xidmətə çağırış başlayıb

Hərbi xidmətə çağırış başlayıb

Hazırda oxunan: Hərbi xidmətə çağırış başlayıb

30172
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyun 2013-cü il tarixli əmrinə əsasən bu gündən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.  İyul ayının sonunadək davam edəcək çağırış müddətində vətəndaşlar Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrə göndəriləcəklər.  Çağırışla əlaqədar iyunun 30-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında vətəndaşların həqiqi hərbi xidmət yerini öyrənə bilmələri üçün xüsusi bölmə yaradılıb. Vətəndaşlar //seferberlik.gov.az/online/elektron/military linkinə daxil olmaqla təyin olunduqları hərbi hissəni öyrənə bilərlər.  Eyni zamanda, dövlət başçısının əmrinə əsasən bu gündən etibarən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO