Amerikalı konqresmendən qondarma “erməni soyqırım” çağırışı

Amerikalı konqresmendən qondarma “erməni soyqırım” çağırışı

Hazırda oxunan: Amerikalı konqresmendən qondarma “erməni soyqırım” çağırışı

258967

ABŞ konqresinin təmsilçisi Brad Şerman Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komissiyasında qondarma “erməni soyqırımı” məsələsinin müzakirəsinə qarşı olmadığını bildirib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Trampın xüsusi nümayəndəsinə xitabən çıxış edən Şerman, çıxışında Türkiyənin Amerikanın dostu olmadığını da vurğulayıb:

“Türkiyənin bizim dostumuz olduğunu və dolayısı ilə tarixə, “erməni soyqırımı”na göz yummalı olduğumuzu deyirdilər. Hökumət içərisində lazımi işləri görərək Türkiyənin bizim dostumuz olmadığını onlara başa sala bilərsiniz?”

Məlumat üçün qeyd eədk ki, son vaxtlar ABŞ-Türkiyə münasibətindəki gərginlik fonunda bəzi Amerikalı yetkililərin uydurma “erməni soyqırımı” yalanından istifadə edərək rəsmi Ankaraya təzyiq göstərməyə çalışdığı hiss olunur. Halbuki, Türkliyə hökuməti dəfələrlə tarixi təhrif etməyi və siyasiləşdirməyin yolverilməz olduğunu, “soyqırım” yalanı ilə bağlı deyilənlərin əsassız olduğunu isbatlamaq üçün arxivləri açmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, 1915-ci ildə, I Dünya Müharibəsinin gedişində Osmanlı imperiyasına qarşı qiyam qaldıran ermənilər türklərə qarşı soyqırım həyata keçirib, daha sonra özlərini bu soyqırımın təşkilatçıları deyil, qurbanları kimi dünya ictimaiyyətinə sırımağa çalışıb.

xa0

Seymur ƏLİYEV

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO