“Rusiyanın Qarabağın işğalında ən azından mənəvi məsuliyyət payı var”x9d

“Rusiyanın Qarabağın işğalında ən azından mənəvi məsuliyyət payı var”x9d

Hazırda oxunan: “Rusiyanın Qarabağın işğalında ən azından mənəvi məsuliyyət payı var”x9d

178011

Şuşanın işğalının ildönümü ilə bağlı erməni zabitlərinin rus mətbuatına verdiyi açıqlamalarda Rusiyanın müharibə zamanı erməni ordusuna ciddi dəstək verdiyi ilə bağlı iddialar yer almaqdadır. Maraqlıdır, Azərbaycan erməni zabitlərinin bu etirafından istifadə edərək Rusiyanın Şuşa və Qarabağın işğalındakı məsuliyyət məsələsini gündəmə gətirə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə Rusiyanın bu məsələdə məsuliyyət payının mövcudluğuna diqqət çəkdi:

“Bununla bağlı vaxtiylə çoxlu siyasi müzakirələr olub. 90-cı illərdə Rusiyanın Dövlət Dumasının komitə sədri Lev Roxlin bu məsələni açıq qaldırmışdı. Həmin vaxt Rusiya Ermənistana təmənnasız olaraq bir milyard dollar həcmində silah-sursat vermişdi.

Rusiyanın baş verənlərdə ən azı mənəvi rolu var. Mən maddi sübutları bir qırağa qoyuram. Sonradan Rusiyanın siyasi rəhbərliyi qismən də olsa bunu etiraf etdi. Roxlinin açıəqlamalarından sonra xüsusi komissiya təşkil olundu. Bu faktlarla bağlı qərarlar da çıxarıldı. Rusiya rəhbərliyi etiraf etdi ki, Yeltsin dönəmində Ermənistana təmənnasız silah yardımları olub. Rus yetkililərin açıqlamasında bildirilirdi ki, Ermənistana hazırda da silah-sursat verilsə də bu, pul müqabilində verilir.

Təbii ki, bu məsələdə Rusiyanın suçu var və Azərbaycan tərəfi yeri gələndə bu faktları ortaya qoyub bir daha bu kimi halların təkrarlanmaması üçün səy göstərə bilər”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO