"Milyonları olan deputat maaşından şikayətlənirsə, 70 manat alan təqaüdçü neynəsin bəs?"

Hazırda oxunan: "Milyonları olan deputat maaşından şikayətlənirsə, 70 manat alan təqaüdçü neynəsin bəs?"

159162
Son günlər bəzi deputatlar aldıqları maaşdan narazılıq edir. Bu məsələ cəmiyyətdə böyük narazılıqla qarşılanıb.xa0
xa0
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi millət vəkillərini kəskin tənqid edib.xa0

O deyib ki, həmin deputatlardan ilk olaraq onu soruşmaq lazımdır ki, sizin yüz milyonluq obyektləriniz hardandır: O deputatlar elə etməsinlər ki, hamısının yüzminlik mülklərinin adını sadalayım. O deputatlar bəzi məmurlar kimi rüşvətin içində itib batırlar. Deputat səlahiyyətlərindən istifadə edirlər. Onların milyardları var. Ona buna "xox" gəlməklə, nazirlərin qapılarını kəsməklə özlərinə dövlətin içində dövlət qurublar. Düşünmürlər ki, 270 manat maaş alan işçi, 250 manat alan həkim yaxud da ki, 70 manat alan təqaüdçü neynəsin. Razı deyillərsə hamısı mandatlarını qoysun yerə çıxıb getsinlər ölkədən.
xa0
Partiya sədri qeyd edib ki, deputatlar maaşdan əlavə "paket" də alırlar: "Onlar maaşdan əlavə paket alırlar. Onların maaşı 2000 manatla bitmir. Əksəriyyətinin zavodu var, fabriki var, şərikli biznesləri var. Ağlamağa əsasları yoxdu. Sadəcə olaraq gözdən tül asırlar. Onlar bir gün bütün bunlara görə hesab verəcəklər. Özlərini deputat - xalqın təmsilçisi kimi yox, bəzi nazirlərin himayədarları kimi aparırlar. Danışıqları əsasızdır. Görürlər ki, ölkədə iqtisadi çətinlik var hamısı papaqlarını qoyub qaçmaq istəyir. Kişilikləri çatır axıra qədər dursunlar, prezidentə köməklik etsinlər. Onların o cəsarətləri yoxdur. Hamısının milyardları var. Rayonlardakı böyük fermalar, parniklər, böyük bizneslər onlara baxır. Məsələn Hadı Rəcəblini gördünüz Lənkəranın yarısını alıb. Orada hoteli var. Öz heykəlini də o hotelin qabağında qoydurub. Əksəriyyətinin dənizdə mülkləri var. Yəni bu adamlar Azərbaycanın sərvətlərini öz aralarında bölüşdürüblər. Göz qabağındadır qudurğanlıqları. Ona görə də narazı olmamalıdırlar. Düz danışmırlar. Hamısını ifşa etmək lazımdır"(azxeber.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO